“Elmi tədqiqatın xarakteri və dili” adlı seminar baş tutub

Tarix: 23.12.2022
Paylaş:

23 dekabr 2022-ci il tarixində Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin illik fəaliyyət planına əsasən daha bir seminar baş tutub. 

“Elmi tədqiqatın xarakteri və dili” adlı seminar 2022-ci ildə  ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbul olan doktorantlar üçün nəzərdə tutulub. 

Seminarın spikeri ARTİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov mövzu ilə bağlı məruzə edib.

Məruzəsi dinlənildikdən sonra institutun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadov, şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru İntiqam Cəbrayılov doktorant və dissertantları maraqlandıran sualları cavablandırıb.