Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib

Tarix: 25.12.2022
Paylaş:

25 dekabr tarixində cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirildi.

Ümumilikdə 45 mindən çox şagirdin qeydiyyatdan keçdiyi fənn olimpiadaları 8, 9,10,11-ci sinif şagirləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 118 mərkəzdə keçirildi.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 05.01.2023-ci il tarixindən etibarən elan olunacaq.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!