Professor Ziya Selçuk “Yeni çağırışlar”da

Tarix: 26.12.2022
Paylaş:

Dekabrın 28-i saat 19.30-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı professor, Maya Məktəblər Şəbəkəsinin yaradıcısı Ziya Selçuk olacaq. Türkiyənin ən tanınmış elm xadimlərindən olan professor ilə “Uşaqları məktəbə yox, məktəbi uşaqlara  hazırlamaq” mövzusu ətrafında danışılacaq. 

Ziya Selçuk 2018-2021-ci illərdə Türkiyənin milli təhsil naziri vəzifəsində çalışıb. “40 dəfə söyləmişəm”, “Təhsil psixologiyası”, “Həyatın içindəki tədris proqramı ” və s.  kitablarının müəllifidir.

Proqram Elm və Təhsil Nazirliyinin dəstəyi və T-Network platformasının təşkilatçılığı ilə T-Network-ün rəhbəri Cəfər Mənsiminin təqdimatında nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.