ARTİ MDPİM əməkdaşları MİP çərçivəsində 227 nömrəli tam orta məktəbdə keçirilən nümunəvi dərsdə iştirak ediblər

Tarix: 27.12.2022
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi məktəb əsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

Məktəbin inkişaf planının (MİP) reallaşdırılması çərçivəsində metodik dəstəyin göstərilməsi, eləcə də məktəbin pedaqoji heyəti arasında əməkdaşlığın düzgün şəkildə təşkili məqsədilə təcrübə mübadiləsi və yoldaş dərsdinləmələri təşkil edilir.

Bu məqsədlə MDPİM əməkdaşları 15 dekabr tarixində 227 nömrəli tam orta məktəbdə keçirilən nümunəvi dərsdə iştirak ediblər. “Faizə aid məsələlər” mövzusunda olan dərsi məktəbin riyaziyyat müəllimi Rasimağa Vəkilov keçib.

Dərs prosesində müəllimin tapşırıqlarında müxtəlif inteqrativ yanaşmalar öz əksini tapıb. Şagirdlər təcrübə və müzakirələr zamanı yüksək əməkdaşlıq nümayiş etdiriblər.

Ümumilikdə şagirdləri düşünməyə yönəldən, onlarda həyati bacarıqlar formalaşdıran, əməkdaşlıq və təcrübə mübadiləsini özündə cəmləşdirən təlim prosesi təşkil olunub. 

Aşağıdakı linkə keçid etməklə dərsin videosu ilə tanış ola bilərsiniz:

https://bit.ly/3vfHCZ8