Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində 51 və 75 nömrəli tam orta məktəblərdə metodik görüşlər keçirilib

Tarix: 27.12.2022
Paylaş:

ARTİ MDPİM tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı məqsədilə keçirilən metodik görüşlər davam edir.   

Bu məqsədlə dekabr ayının ikinci yarısında  51 və 75 nömrəli tam orta məktəblərdə metodik görüşlər keçirilib. “Dərsin planlaşdırılması” mövzusu ətrafında “Formativ qiymətləndirmə”, “Standartlardan təlim nəticəsinin çıxarılması”, “Qiymətləndirmə meyarlarının hazırlanması” məsələləri yenidən müzakirə edilib və dərs prosesində qarşıya çıxan çətinliklərə dair müəllimlərə tövsiyələr verilib. 

Eyni zamanda adıçəkilən məktəblərin müəllimlərinə “Oxuyub-anlama bacarıqlarının formalaşdırılması” mövzusunda seminar keçirilib. 

Qeyd edək ki, metodik görüşlərin hər ay olmaqla fənlər üzrə qruplaşdırılmış şəkildə təşkil olunması, eləcə də görüş və seminarlardan sonra müəllimlərin fəaliyyətində dəyişikliklərin olub-olmamasını müəyyənləşdirmək məqsədilə yanvar ayından etibarən təkrar dərsdinləmələrin keçirilməsi nəzərdə tutulur.