ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.
Növbəti vebinar 5 yanvar tarixində saat 16:00-da “Ölçmə” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, “Dərs vaxtı” layihəsinin iştirakçısı, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin və “STEAM Azərbaycan” layihəsinin təlimçisi Xəyalə Rüstəmzadə çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.