29 dekabr tarixində ARTİ-nin Elmi Şurasının 2022-ci il üçün son iclası keçirilib

Tarix: 30.12.2022
Paylaş:

29 dekabr tarixində ARTİ-nin Elmi Şurasının 2022-ci il üçün son iclası keçirilib.

İclasın gündəliyinə bir neçə məsələ daxil edilib. Bu məsələlər arasında 2022-ci il üçün institutun fəaliyyəti haqqında olan hesabatların dinlənilməsi, elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş şəxslərin dissertasiya mövzularının, elmi məsləhətçi və elmi rəhbərlərinin təyin olunması və digər məsələlər yer alıb.

ARTİ-nin direktoru Rüfət Əzizov tədbir iştirakçılarını salamlayaraq institutun 2022-ci ildə təhsilin bütün pillələrində göstərdiyi uğurlu fəaliyyətindən bəhs edib və ARTİ-nin fəaliyyət planında nəzərdə tutulan istiqamətlər üzrə hesabat təqdim edib. O, həmçinin qeyd edib ki, cari il təhsilimizlə bağlı yeniliklər və uğurlu başlanğıclar ilə yadda qalıb.

Qeyd edək ki, iclasda institutun direktoru Rüfət Əzizov, şura üzvləri, elmi katib Akif Abbasov, direktor müavinləri Ənvər Abbasov, Aydın Əhmədov, Ülkər Babayeva, institutun böyük məsləhətçisi Vidadi Xəlilov, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli, şöbə müdirləri, institutun əməkdaşları və doktorantlar iştirak ediblər.