ARTİ MDPİM məktəb kitabxanaçıları ilə görüş təşkil edib

Tarix: 30.12.2022
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi məktəb kitabxanaçıları ilə görüş təşkil edib.

29 dekabr tarixində keçirilən görüşdə 18, 35, 38, 51, 75, 154, 173, 227 və 301 nömrəli tam orta məktəblərin kitabxanaçıları iştirak ediblər. 

Görüşün keçirilməsində əsas məqsəd qeyd edilən ümumi təhsil müəssisələri üzrə Məktəbin İnkişaf Planında (MİP) öz əksini tapan istiqamətlərə uyğun olaraq öyrənmə mühiti və şagirdlərin şəxsiyyət kimi formalaşmasında kitabxanaların fəaliyyətinin səmərəli təşkili, eləcə də işin icrasına dair hesabatların dinlənilməsidir.

Görüş iştirakçıları “Kitabxana işinin təşkili” barədə  təqdimatlar nümayiş etdiriblər. Nümayiş əsasında kitabxanaçıların hazırki fəaliyyətləri, işlərində yaranan problemlər, dəstəyə ehtiyac duyulan sahələr və əlaqədar təkliflər, fəaliyyət istiqamətləri, həmçinin fəaliyyət planının hazırlanması məsələləri müzakirə olunub. 

Qeyd edək ki, məktəb kitabxanaçıları ilə birgə məktəblərdə müəllim, şagird, eləcə də valideynlər arasında mütaliəyə həvəsin artırılması üzrə müvafiq təşəbbüslərin göstərilməsi, şagirdlər və pedaqoji heyət arasında oxumağa marağın artırılması, “mütaliə ayları”nın təşkili, şagirdlərin yaradıcılığının dəstəklənməsi, elektron kataloqun hazırlanması ilə bağlı bir sıra fəaliyyətlər planlaşdırılıb.