ARTİ-nin direktor müavini, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Abbasov Elm və Təhsil naziri Emin Əmrullayevin 29.12.2022-ci il tarixli əmri ilə Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bununla bağlı ARTİ-də keçirilən tədbirdə Ənvər Abbasovun Təhsil İnstitutunda 48 illik fəaliyyəti ərzində ölkə təhsilinə verdiyi töhfələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs edilmişdir.
Tədbirdə İnstitutun direktoru Rüfət Əzizov, direktor müavinləri və şöbə müdirləri çıxış edərək fəaliyyəti ərzində verdiyi töhfələr üçün Ənvər müəllimə təşəkkürlərini bildirmiş və ona gələcək fəaliyyətində uğurlar arzu etmişlər.