Kimya fənni üzrə düşərgə təşkil edilib

Tarix: 05.01.2023
Paylaş:

2 yanvar 2023-cü il tarixində Təhsil Texnologiyaları Mərkəzində kimya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak edən aşağı və yuxarı yaş qrupu şagirdləri üçün imtahan təşkil edilib.

Aşağı yaş qrupu üzrə yaxşı nəticə göstərən 20 şagirdə  4 və 5 yanvar tarixlərində, yuxarı yaş qrupu üzrə yaxşı nəticə göstərən 25 şagirdə isə 3  yanvar tarixindən etibarən kimya düşərgələri  təşkil olunub. Qeyd edək ki, 3 yanvar tarixindən başlanan düşərgə 11 yanvar tarixinədək davam edəcək.  

Düşərgənin keçirilməsində əsas məqsəd olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və şagirdlərin beynəlxalq olimpiada nəaliyyətlərinin daha da yüksəldilməsidir.