“Söz birləşməsi və cümlə. Mürəkkəb adların yazılışı” mövzusunda vebinar keçiriləcək

Tarix: 10.01.2023
Paylaş:

ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.

Növbəti vebinar 13 yanvar tarixində saat 16:00-da “Söz birləşməsi və cümlə. Mürəkkəb adların yazılışı” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Kaspi liseyinin ibtidai sinif müəllimi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I Qrant Müsabiqəsinin fərdi kateqoriyalar üzrə qalibi Nigar Vəliyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.