ARTİ MDPİM İsveçdə işləyən azərbaycanlı müəllim Xatirə Mirzəliyeva ilə görüş təşkil edib

Tarix: 11.01.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi pedaqoji fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə İsveçdə işləyən azərbaycanlı müəllim Xatirə Mirzəliyeva ilə görüş təşkil edib.

10 yanvar tarixində keçirilən görüşdə İsveçin Stokholm şəhərində fəaliyyət göstərən, 12 illik pedaqoji təcrübəyə malik olan Xatirə Mirzəliyeva ilə produktiv müzakirə aparılıb. O, görüşdə İsveç məktəblərində müəllim-şagird münasibətləri, məktəbdaxili qiymətləndirmə, təlim metodları barəsində məlumat verib. 

Qeyd edək ki, növbəti görüş məktəblərdə təbiət fənnini tədris edən müəllimlərlə planlaşdırılır. Görüşün mövzusu isə “Təbiət fənninin tədrisində səmərəli metodların tətbiqi” olacaq.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.