2022/2023-cü tədris ilində pilot istifadədə olan ehtiyat dərsliklərin ümumi təhsil müəssisələrində sınağı həyata keçirilir

Tarix: 13.01.2023
Paylaş:

2022/2023-cü tədris ilində pilot istifadədə olan ehtiyat dərsliklərin ölkə üzrə 250-dən çox ümumi təhsil müəssisəsində sınağı həyata keçirilir.

Monitoriqlər 5-23 dekabr tarixlərində Bakı, Abşeron, Ağstafa, Tovuz, Şəmkir, Qazax, Bərdə, Beyləqan, Gəncə, Qəbələ, Lənkəran, Mingəçevir şəhərlərində pilot siniflərdə təbiət, həyat bilgisi, riyaziyyat, Azərbaycan dili (tədris dili), Azərbaycan dili (dövlət dili), Happy Campers dərslərində müşahidələri aparıb. Müəllim-şagird-valideyn üçlüyünün tədris ilinin birinci yarısının sonunda rəy və təklifləri dinlənilib, lazımi tövsiyələr verilib, şagirdlərlə sorğu-sual aparılıb.

Qeyd edək ki, monitorinqlər ARTİ-nin müvafiq şöbə əməkdaşları və dərslik müəllifləri tərəfindən pilot siniflərdə  həyata keçirilib.