“Strategiyanın hazırlanması” adlı vebinar keçiriləcək 

Tarix: 16.01.2023
Paylaş:

25 yanvar 2023-cü il tarixində saat 18:30-da ARTİ-nin təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi və Azərbaycan Texniki Universitetinin “Sabah Magistratura” proqramı çərçivəsində “Strategiyanın hazırlanması” adlı vebinar baş tutacaq.  Vebinarda təchizat zəncirində və istehsalatda mükəmməlliyə nail olmaq üçün səmərəli hədəflərdən və əsas performans indikatorlarından danışılacaq, həmçinin bununla bağlı nümunələr təqdim ediləcək. 

Vebinarda spiker qismində kimya, enerji, maliyyə və inşaat sektorlarında 15 ildən çox beynəlxalq təcrübəyə malik olan, dünyanın ən böyük kimya istehsalçısı BASF şirkətində müxtəlif vəzifələrdə çalışan  Batu Altaylı çıxış edəcək. O, bakalavr təhsilini Giorgi Mason Universitetində Beynəlxalq müqayisəli tədqiqatlar üzrə bitirmiş, daha sonra yenidən həmin universitetdə İqtisadiyyat üzrə bakalavr təhsili almışdır. 

Qeyd edək ki, ingilis dilində keçiriləcək vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. 23 yanvar 2023-cü il tarixinədək qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/8yzaEkHBpm

İştirak üçün yerlər məhdud saydadır.