Müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu

Tarix: 18.01.2023
Paylaş:

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu başlanılır. Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 18 yanvar saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər.

Apellyasiya müraciətlərinin qəbulu 19 yanvar saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.