ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Azərbaycan dili dərslərində bədii mətnin strukturlaşdırılması” mövzusunda seminar təşkil edəcək.
Seminar 30 yanvar 2023-cü il tarixində saat 15:00-da əyani şəkildə keçiriləcək.
Qeyd edək ki, seminar ali məktəblərdə Azərbaycan dilinin tədrisi ilə məşğul olan müəllimlər, Azərbaycan dili fənni üzrə mütəxəssislər və dərslik müəllifləri üçün nəzərdə tutulub.
Spiker qismində ARTİ MDPİM-in Əlavə təhsilin məzmunu şöbəsinin müdiri Könül Nəhmətova çıxış edəcək.
İştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/zHLQ45ayfgFamdP56
Müraciət üçün son tarix: 29 yanvar 2023-cü il.
Nəzərinizə çatdıraq ki, seminar ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində təşkil olunacaq və 2 saat davam edəcək.