HIPPO “Sərhədsiz İngilis dili” olimpiadası keçiriləcək

Tarix: 19.01.2023
Paylaş:

HIPPO “Sərhədsiz İngilis dili” olimpiadası ingilis dili biliklərinə güvənən bütün məktəblilər üçün nəzərdə tutulub. Olimpiadada şagirdlər 6 ümumi və 3 xüsusi olmaqla ümumilikdə 9 kateqoriya üzrə yarışa bilərlər. Qeyd edək ki, HIPPO “Sərhədsiz İngilis dili” olimpiadasına qeydiyyat yaxın günlərdə elan olunacaq. 

Yaş kateqoriyaları:

LITTLE HIPPO və ya “BALACA HIPPO” – 2013/2014/2015/2016

HIPPO 1 – 2011/2012

HIPPO 2 – 2010

HIPPO 3 – 2008/2009

HIPPO 4 – 2006/2007

HIPPO 5 – 2004/2005

Xüsusi kateqoriyalar Hippo Olimpiadasının qaydalarına uyğun olaraq ikidilli hesab edilən – əksəriyyəti və ya bütün fənləri ingilis dilində tədris olunan və ingilis dilində təhsil alan şagirdlərə şamil olunur. Bu kateqoriyalarda olan şagirdlər aşağıda qeyd olunan üç kateqoriyadan birində yarışa bilərlər:

HIPPO S10 – 2011/2012/2013/2014/2016

HIPPO S15 – 2008/2009/2010

HIPPO S19 – 2004/2005/2006/2007

HIPPO Olimpiadası 4 mərhələdə həyata keçirilir:

1. Preliminary round və ya İlkin mərhələ 18 mart 2023 (Azərbaycan)

2. Semi-final və ya Yarımfinal 22 aprel 2023 (Azərbaycan)

3. Regional qualifiers və ya Regional seçmə (İtaliya yaxud Türkiyə)

4. World Final və ya Dünya Finalı (İtaliya) 

Adıçəkilən ilk iki mərhələ ölkəmizdə, 3-cü mərhələ İtaliya yaxud Türkiyədə, final mərhələsi isə İtaliyada həyata keçiriləcək. Dünyanın 55-dən çox ölkəsindən minlərlə şagirdin iştirak etdiyi olimpiadada iştirakçılara və qaliblərə Qlobal HIPPO Assosiasiyası tərəfindən beynəlxalq sertifikat təqdim ediləcək. 

İmtahanda iştirak ödənişlidir və ödəniş 25 manat təşkil edir. Ödəniş bir dəfə həyata keçirilir və bütün mərhələlərə aid edilir. Regional seçmədə (III mərhələdə) iştirak hüququ qazanan şagirdlər 50-100 euro iştirak haqqı ödəməli olacaqlar. Türkiyə yaxud İtaliyada (III və IV mərhələdə)  iştirak hüququ qazanan şagirdlərin bütün xərcləri (səyahət, gecələmə, yemək) öz öhdəliklərində olacaq. Tərəfimizdən regional seçmədə qalib olan və dünya finalında iştirak hüququ qazanan şagirdlərə viza dəstəyi göstəriləcək. 

HIPPO “Sərhədsiz İngilis dili” Olimpiadası ilə bağlı hər hansı sualınız yaransa, aşağıdakı əlaqə vasitələri ilə bizə bütün suallarınızı və müraciətlərinizi ünvanlaya bilərsiniz:

Əlaqə nömrəsi:     994 51 449 59 41 

Whatsapp:            994 51 449 59 41 

Elektron ünvan:    azerbaijan@hippo-olympiad.org

Facebook:      Azerbaijan HIPPO Olympiad 2023 | Facebook

Qeydiyyat yaxın günlərdə elan olunacaq. 

Qeydiyyat üçün son tarix: 4 mart 2023-cü il