ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib.
“20 Yanvar – azadlığa aparan yol” mövzusunda təşkil edilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərkəzin direktoru Nəzakət Mehdiyeva çıxış edərək faciənin üzərindən illər keçməsinə baxmayaraq, yaddaşlardan silinmədiyini və xalqımızın milli oyanışına təkan verən şərəfli mübarizəsinin rəmzinə çevrildiyini bildirib.
Tədbir zamanı MDPİM əməkdaşları Nigar Əhmədzadə, Güldanə Mehdiyeva və Fatma Sofiyeva məruzələrlə çıxış ediblər. Çıxışlarda dinc əhaliyə qarşı törədilmiş cinayətlərdən danışılıb və bu kimi halların ümumbəşəri və humanist dəyərlərə zidd olduğu diqqətə çatdırılıb.
Tədbirdə həmçinin 20 Yanvar şəhidləri və Azərbaycanın zəfərə gedən tarixi addımlarına həsr olunan videoçarxlar nümayiş olunub.