“Ədədlərin müqayisəsi. Bərabərsizliklər. Statistika və ehtimal” mövzusunda vebinar keçiriləcək

Tarix: 24.01.2023
Paylaş:

ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.

Növbəti vebinar 27 yanvar tarixində saat 16:00-da “Ədədlərin müqayisəsi. Bərabərsizliklər. Statistika və ehtimal” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 155 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi Vəfa Məmmədova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.