“Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda keçiriləcək beynəlxalq konfransın məruzəçiləri

Tarix: 25.01.2023
Paylaş:

26 yanvar 2023-cü il tarixində saat 11:00-dan 16:00-dək “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxış edəcək məruzəçiləri təqdim edirik.

Qeyd edək ki, konfrans Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında təşkil edilib.