ARTİ-də doktorant və dissertantlar üçün təlimçi Azər Abizadə ilə görüş keçirilib

Tarix: 26.01.2023
Paylaş:

26 yanvar tarixində ARTİ-də cari və əvvəlki ilin doktorant və dissertantları üçün təlimçi Azər Abizadə ilə görüş keçirilib. Görüşdə “tədqiqat metodları”, “akademik yazı”, “kəmiyyət analizləri” olmaqla 3 moduldan ibarət təlim və keçirilməsi nəzərdə tutulan mövcud tədqiqat layihəsi haqqında məlumat verilib.

Doktorant və gənc tədqiqatçıların böyük marağına səbəb olan layihənin yaz aylarında başlanması planlaşdırılır.