25 yanvar 2023-cü il tarixində Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin illik fəaliyyət planına əsasən daha bir seminar baş tutub.
“Humanitar elmlər üzrə problem şurası üçün sənədlərin hazırlanması və illik fərdi iş planının tərtibi” adlı seminar 2022-ci ildə ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbul olan doktorantlar üçün nəzərdə tutulub.
ARTİ əməkdaşı Aynur Əlimuradova humanitar elmlər üzrə əlaqələndirmə şurasında dissertasiya mövzularının təsdiqi barədə məlumat verib. Daha sonra Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov tərəfindən illik fərdi iş planlarının yazılması, il sonunda hesabatların verilməsi və attestasiya haqqında məlumat verilib, doktorantları maraqlandıran suallar cavablandırılıb.