“Sabahın alimləri” XII Respublika Müsabiqəsinə müraciət edən şagirdlərin diqqətinə!

Tarix: 26.01.2023
Paylaş:

“Sabahın alimləri” XII Respublika Müsabiqəsi çərçivəsində 2023-cü il 13-15 fevral tarixlərində Bakı şəhərində keçiriləcək sərgiyə buraxılan layihələr artıq seçilib.

Sözügedən müsabiqədə iştirak edən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işləri müəyyənləşdirilmiş meyarlara uyğun olaraq qiymətləndirilib.

Qiymətləndirmə “Sabahın alimləri” XII Respublika Müsabiqəsinin 8 sahə mütəxəssisindən ibarət Elmi Ekspertiza Komitəsi tərəfindən aparılıb.

Seçilən layihələrin siyahısı ilə www.sabahinalimleri.edu.az internet səhifəsindən tanış ola bilərsiniz.

Qeyd edək ki, final mərhələyə dəvət alan şagirdlərin elektron poçt ünvanlarına ətraflı məlumat göndəriləcək.

Seçilən şagirdlərimizi təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq.