ARTİ MDPİM tərəfindən 75, 178 və 227 nömrəli tam orta məktəblərdə dərsdinləmələr aparılıb

Tarix: 30.01.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

9-19 yanvar tarixlərində 75, 178 və 227 nömrəli tam orta məktəblərdə dərsdinləmələr aparılıb. ARTİ MDPİM əməkdaşları ilə birgə Cənubi Florida Universitetinin təhsilin idarəolunması ixtisası üzrə doktorantı və “T-Network” platformasının “Məktəbdə sən” verilişinin aparıcısı Lalə Orucova da dərsdinləmə və müzakirələrdə iştirak edib.

Mövcud vəziyyətin təhlili, beynəlxalq təcrübə ilə müqayisə, fikir mübadiləsinin aparılması məqsədilə təşkil edilən müzakirələrdə ibtidai sinif müəllimlərinin dərsin təşkili zamanı diqqət yetirməli olduğu məqamlar qeyd edilib, eləcə də dərsləri dinlənilən müəllimlərin dərsdinləmələrlə bağlı nəticələri məktəbin pedaqoji heyəti ilə birlikdə təhlil olunub. Bununla yanaşı, müzakirələr zamanı müşahidə olunan inkişafa ehtiyacı olan sahələrlə bağlı ilkin metodik tövsiyələr verilib və məktəb kollektivinin sualları cavablandırılıb.

Ümumi görüşdən sonra dərsləri dinlənilən müəllimlərlə fərdi görüşlər də təşkil olunub.

Qeyd edək ki, adıçəkilən məktəblərdə aparılan dərsdinləmə və fərdi görüşlər zamanı müəyyən edilən təlim ehtiyaclarına uyğun olaraq müəllimlərlə mütəmadi olaraq metodik görüşlər keçirilir.