Beynəlxalq olimpiadalara hazırlıq prosesində iştirak edən şagirdlərin valideynləri ilə görüş keçirilib

Tarix: 30.01.2023
Paylaş:

29 yanvar tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində Beynəlxalq olimpiadalara hazırlıq prosesində iştirak edən 8-9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib.

Görüşdə valideynlər, müəllimlər, ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşları iştirak ediblər. Valideynlərə hal-hazırda görülən işlər və gələcək planlar haqqında məlumat verilib, gələcək perspektivlər müzakirə olunub.

Sonda valideynlərin sual və təklifləri dinlənilib.