ARTİ MDPİM tərəfindən “Azərbaycan dili dərslərində bədii mətnin strukturlaşdırılması” mövzusunda seminar təşkil edilib.
30 yanvar tarixində keçirilən seminarda Azərbaycan dili dərsliklərində bədii mətnin struktur məsələləri beynəlxalq təcrübə ilə müqayisəli şəkildə müzakirə edilib, mövzunun tədrisinin şagirdin ritorik və problem həlletmə bacarıqlarının formalaşmasında əhəmiyyəti izah olunub, eləcə də müəllimlər üçün metodik tövsiyələr verilib.
Seminarda tam orta təhsil səviyyəsində dərs deyən müəllimlərlə yanaşı, ali məktəb pedaqoqları da iştirak ediblər.
Qeyd edək ki, seminar Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova tərəfindən aparılıb.