Lütfi Zadə Məntiq Olimpiadası qalibləri ilə görüş keçirilib

Tarix: 31.01.2023
Paylaş:

30-31 yanvar 2023-cü il tarixlərində ötən tədris ilində Lütfi Zadə Məntiq Olimpiadasında qalib olmuş şagirdlərlə Xəzər Universitetinin nəzdində olan “Dünya” məktəbində görüş keçirilib. Bölgələrdə olan məktəblilərin görüşdə və dərslərdə iştirakı onlayn formada təyin olunub.

2 günlük proqramda əvvəlki illərin beynəlxalq olimpiada qalibləri şagirdlərlə riyaziyyat fənni üzrə fundamental olimpiada məsələlərinin həll üsullarını və metodlarını, həmçinin öz təcrübələrini bölüşüb. İştirakçılara bu yaş qrupu üzrə istifadə edilə biləcək ədəbiyyat siyahısı təqdim olunub və növbəti görüşə qədər tapşırıqlar verilib. Növbəti görüşün mart ayında keçirilməsi planlaşdırılır.