Məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilir

Tarix: 31.01.2023
Paylaş:

ARTİ MDPİM məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

Bu məqsədlə ETN-in pilot layihəsi olan “Regionlarda müasir metodik xidmətin təşkili” üzrə regional təhsil idarələri tərəfindən müəyyənləşdirilmiş 66 pilot məktəbə prosesin səmərəli təşkili və icra olunmasına kömək məqsədilə metodik dəstək davam edir.

24-26 yanvar tarixlərində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan A. Müzəffərov adına Saray qəsəbəsi 2 saylı, 3 saylı, həmçinin Xırdalan şəhəri 5 saylı tam orta məktəblərdə dərsdinləmələr həyata keçirilib. 

Eyni zamanda, direktor, direktor müavinləri, uşaq birliyi və metodbirləşmə rəhbərləri ilə görüş keçirilib, dərsdinləmələr zamanı müşahidə olunan qeydlər müzakirə edilib, eləcə də idarəetmə heyətinin fəaliyyət planlarına baxılaraq onlara müvafiq tövsiyələr verilib. 

Qeyd edək ki, ölkə üzrə seçilmiş pilot məktəblərdə metodik xidmətin səmərəli təşkili və  prosesin gedişatını izləmək üçün mütəmadi olaraq görüşlərin keçirilməsi nəzərdə tutulur.