RFO-nun respublika mərhələsinin yarımfinal turu üzrə buraxılış vərəqələrini çap edilməsi prosesinə başlanılır

Tarix: 01.02.2023
Paylaş:

25 fevral 2023-cü il tarixində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Bu gündən etibarən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin informatika fənni üzrə yarımfinal turu isə 18-19 fevral 2023-cü il tarixində Bakı Ali Neft Məktəbində keçiriləcək. İnformatika fənni üzrə buraxılış vərəqələri 03 fevral 2023-cü il tarixindən etibarən çap edilə bilər.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün Respublika Fənn Olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir.

Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.

Respublika Fənn Olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.