ARTİ Quba və Şəki rayonlarında qiymətləndirmə düşərgələri həyata keçirib

Tarix: 02.02.2023
Paylaş:

ARTİ Quba-Xaçmaz və Şəki-Zaqatala Regional Təhsil İdarələrinin birgə təşkilatçılığı ilə 27, 31 yanvar 2023-cü il tarixlərində Quba və Şəki rayonlarında qiymətləndirmə düşərgələri həyata keçirmişdir. Düşərgələrin keçirilməsində əsas məqsəd 2022-ci ilin yay aylarında PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması istiqamətində təşkil edilmiş düşərgələrə cəlb olunan müəllimlərin qazandıqları bilik və bacarıqların real sinif mühitində tətbiqini dəyərləndirmək və qarşılaşdıqları əsas çətinlikləri müəyyən etməklə lazımi tövsiyələri vermək olmuşdur.

Hər iki düşərgədə iştirakçılar hazırladıqları tapşırıqları nümayiş etdirmiş, hər bir tapşırığa müvafiq rəylər verilməklə dəyirmi masa ətrafında diskussiyalar aparılmışdır.

Qeyd edək ki, regionlar üzrə ilk qiymətləndirmə düşərgələri yay aylarından etibarən təşkil edilir. Yay düşərgəsinə cəlb olunan iştirakçılar araşdırma və müzakirələrdə iştirak etməklə beynəlxalq qiymətləndirmə tədqiqatlarına uyğun mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olmuşlar. Onlar düşərgədə müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlamış və ARTİ əməkdaşlarının verdiyi konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə etmişlər.