“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün sertifikatların təqdimetmə mərasimi keçirilib

Tarix: 02.02.2023
Paylaş:

27 yanvar tarixində ARTİ MDPİM tərəfindən “Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün sertifikatların təqdimetmə mərasimi keçirilib.

Sertifikatlar “Təlimçi bacarıqlarının formalaşdırılması” mövzusunda 12 akademik saatlıq təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılara təqdim olunub. 

Qeyd edək ki, təlim müddətində iştirakçılar dinləmə, sual vermə, ünsiyyət qurma, fasilitasiya və təqdimat bacarığı, eləcə də emosional intellektin əhəmiyyəti kimi mövzular ətrafında interaktiv müzakirələr aparıb və bir sıra praktik üsullardan istifadə qaydaları ilə tanış olublar.