Coğrafiya fənn kurikulumunun müzakirəsi baş tutub

Tarix: 03.02.2023
Paylaş:

30 yanvar tarixində ARTİ-də ümumi təhsil müəssisələrinin coğrafiya fənni üzrə kurikulum mütəxəssislərinin və müəllimlərin iştirakı ilə təkmilləşdirilməkdə olan coğrafiya fənn kurikulumunun müzakirəsi baş tutub.

Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov müxtəlif fənlər üzrə kurikulumların təkmilləşdirilməsi prosesi haqqında ümumi məlumat verib. Kurikulum işçi qrupunun üzvü Famil Ələkbərov isə coğrafiya fənni üzrə məzmunun təkmilləşdirilməsini zəruri edən əsas amillər barədə auditoriyanı məlumatlandırıb və müzakirə açıq elan olunub. Müzakirədə türkiyəli konsultant Sərvət Karabağ da onlayn iştirak edərək görülən işlərə münasibət bildirib və bəzi sualları cavablandırıb. Sonda müzakirə iştirakçılarının rəy və təklifləri dinlənilib və müvafiq qeydlər götürülüb.

Qeyd edək ki, təkmilləşdirmədə coğrafiya fənn kurikulumunun coğrafi əsaslı hazırlanması, məzmunun dəyər və davranışa çevrilməsinin hədəflənməsi, həmçinin məzmunun beynəlxalq kurikulumlara uyğunlaşdırılması və məzmun xətlərində edilən yeniliklər müəllimlər tərəfindən rəğbətlə qarşılanıb.