ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.
Budəfəki vebinar 10 fevral tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə “Fonetika. Orfoqrafiya. Orfoepiya” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Bakı şəhəri T.Həsənov adına 23 N-li tam orta məktəbin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi, “Məktəbə hazırlıq”, ibtidai siniflər üçün “Rus dili” dərslik komplektlərinin həmmüəllifi Bela Nuriyeva çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.