ARTİ MDPİM tərəfindən Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində dərsdinləmələr təşkil edilib

Tarix: 10.02.2023
Paylaş:

ARTİ MDPİM məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

6-9 fevral tarixlərində 18 nömrəli tam orta məktəbin 95 nəfər fənn müəlliminin dərsləri dinlənilib. Dərsdinləmə prosesindən sonra müəllimlərə həm fərdi şəkildə konstruktiv rəy verilib, həm də dərslər zamanı müşahidə olunmuş bir sıra metodiki məsələlər pedaqoji heyətlə birlikdə müzakirə edilib və onlara bu istiqamətdə tövsiyələr verilib.

Dərsdinləmələrin məqsədi Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində həyata keçirilən fəaliyyətlərin nəticələrinin dəyərləndirilməsi və bu istiqamətdə metodik dəstəyin növbəti addımlarının planlaşdırılması olub.

Qeyd edək ki, MİP çərçivəsində 18 nömrəli tam orta məktəbin bütün fənn müəllimlərinə metodik dəstəyin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir və növbəti aylarda da dərsdinləmələrin təşkili nəzərdə tutulur.