ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.
Növbəti vebinar 16 fevral tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə “Ədədin hissəsi və hissəsinə görə ədədin tapılması. Sadə və mürəkkəb tənliklər” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Bakı şəhəri İ. Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.