“Sabahın alimləri” XII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib

Tarix: 15.02.2023
Paylaş:

15 fevral 2023-cü il tarixində Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və BP Azərbaycan şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Mərasimdə elm və təhsil naziri cənab Emin Əmrullayev çıxış edərək iştirakçıları təbrik edib və onlara gələcək elmi fəaliyyətlərində nailiyyətlər arzu edib.

Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.

Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr təqdim ediləcək.

Bağlanış mərasimində ARTİ-nin, Elm və Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, bir sıra dövlət qurumlarının və özəl müəssisələrin rəhbər heyəti  iştirak ediblər.

“Sabahın Alimləri” XII Respublika Müsabiqəsi iştirakçılarının hər birini təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!