ARTİ müəllif müsabiqəsi elan edir

Tarix: 16.02.2023
Paylaş:

ARTİ-nin Təhsil Resursları Mərkəzi riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik) hazırlanması məqsədilə müəllif müsabiqəsi elan edir. 

 

Tələblər:

 

       Riyaziyyat fənni üzrə dərin biliklər;

       Araşdırmaçılıq, tədqiqatçılıq keyfiyyətləri;  

       Yüksək özünütəhsil vərdişləri; 

       Xarici dil bilikləri  – rus və ingilis dillərində ən azı, oxuyub-anlama səviyyəsi;  

       Kompüter və İKT-dən istifadə bacarıqları; 

       Təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil edə bilmək bacarığı; 

       Pedaqoji təcrübə;  

       Fənn kurikulumu ilə tanışlıq; 

       Riyaziyyat fənni və tədrisi üzrə elmi dərəcə arzuolunandır;  

       Tədris resurslarının hazırlanması üzrə təcrübə arzuolunandır. 

 

Müsabiqədən keçən müəllifliyə namizədlər xarici mütəxəssislər tərəfindən keçiriləcək təlimlərə cəlb olunacaq. 

 

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən CV-lərini trm@arti.edu.az elektron poçt ünvanına “Müəllif” başlığı altında göndərmələri xahiş olunur.