ARTİ şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir

Tarix: 16.02.2023
Paylaş:

ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Öhdəliklər:

·       Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi

·       Məlumatların (data) təmizlənməsi və emala uyğun formaya salınması

·       Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması

·       Məlumatlardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həlli üçün hipotezalar yarada bilmək bacarığı

·       Analiz olunmuş məlumatların vizuallaşdırılaraq istifadəyə yararlı formaya salınması

Tələblər:

·       Data analitikası üzrə minimum 1 il iş təcrübəsi

·       Ümumi 3 ildən az olmayaraq iş təcrübəsi

·       Verilənlərin statistik təhlili və vizuallaşdırılması üzrə proqram təminatları ilə işləmək bacarığı (R və ya Python, Power BI, MS Excel, Powerpoint və s.)

·       Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, rus dili arzuolunandır

·       Analitik/kritik düşünmə, detallara diqqət və rəqəmlərlə işdən zövq almaq

·       Alqoritm qurma bacarığı və analitik-alqoritmik düşünmə qabiliyyəti

·       Effektiv ünsiyyət, komandada işləmək bacarığı

 

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “mütəxəssis” qeyd edərək shahana.mammadli@arti.edu.az elektron ünvanına göndərmələri xahiş olunur.