ARTİ MDPİM məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.
13-16 fevral tarixlərində Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbin 46 nəfərlik pedaqoji heyətindən 36 fənn müəlliminin dərsləri dinlənilib. Dərsdinləmə prosesindən sonra müəllimlərə həm fərdi şəkildə konstruktiv rəy verilib, həm də dərslər zamanı müşahidə olunmuş bir sıra metodiki məsələlər pedaqoji heyətlə birlikdə müzakirə edilib və onlara bu istiqamətdə tövsiyələr verilib.
Qeyd edək ki, dərsdinləmələrin məqsədi Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində həyata keçirilən fəaliyyətlərin nəticələrinin dəyərləndirilməsi və bu istiqamətdə metodik dəstəyin növbəti addımlarının planlaşdırılması olub.