RFO-nun informatika fənni üzrə Respublika mərhələsinin yarımfinal turu təşkil olunub

Tarix: 20.02.2023
Paylaş:

18, 19 fevral 2023-cü il tarixlərində RFO-nun informatika fənni üzrə yarımfinal turu keçirilib.

Bakı Ali Neft Məktəbinin müvafiq laboratoriyalarında təşkil olunan yarımfinal turda 8-ci sinif üzrə 185, 9-cu sinif üzrə 161, 10-сu sinif üzrə 99, 11-ci sinif üzrə 84 nəfər şagird iştirak etmək hüququ qazanıb.

Nəticələrə əsasən hər iki yaş qrupu üzrə ilk 60 yer və 60-cı yerlə eyni balı toplayan iştirakçılar final turuna vəsiqə qazanıblar.

Yarış ərzində aşağı yaş qrupu üzrə 4297, yuxarı yaş qrupu üzrə isə 2327 olmaqla, ümumilikdə 6624 həll təqdim olunub və avtomatik yarış sistemi vasitəsi ilə qiymətləndirilib.

Nəticələr www.olimpiada.edu.az saytı vasitəsilə müvafiq günlərdə yarış bitəndən bir neçə saat sonra elan olunub.

Qeyd edək ki, RFO “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil olunur.

Olimpiadada iştirak edən bütün şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!