TALIS 2024 – öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğunun sınaq mərhələsinin təşkilinə başlanılıb. Sorğunun Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən 2023-cü ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulub.
Beynəlxalq sorğu 55-ə yaxın ölkədə keçirilməklə müəllimlərin, məktəb direktorlarının peşəkar inkişafı, eləcə də təhsilə dair yanaşmalarını anlamaq, onların iş və tədris tərcübələrinin qiymətləndirilməsi kimi məsələləri tədqiq etmək məqsədilə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, həmçinin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 5 ildən bir keçirilir.
Ötən il pilot mərhələsi həyata keçirilmiş sorğunun sınaq mərhələsində ölkə üzrə 30 ümumi təhsil müəssisəsindən 600-ə yaxın müəllimin və hər bir ümumi təhsil müəssisəsi üzrə direktorların iştirakı planlaşdırılıb.
Qeyd edək ki, ölkəmiz TALIS 2024-də ilk dəfə iştirak edir.