ARTİ MDPİM tərəfindən Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbdə dərsləndinləmələr aparılıb

Tarix: 24.02.2023
Paylaş:

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

21-22 fevral tarixlərində Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbdə dərsləndinləmələr aparılıb. Dərsdinləmələr zamanı məktəbin pedaqoji heyəti ilə birgə mövcud vəziyyət təhlil edilib, dərsin təşkili zamanı diqqət yetirilməli məqamlar qeyd olunub və dərsləri dinlənilən müəllimlərlə dərsdinləmələrin nəticələrinə dair geniş müzakirələr təşkil edilib. 

Bununla yanaşı, müzakirələr zamanı müəllimlərdə müşahidə olunan inkişaf dinamikası vurğulanıb və məktəb kollektivinin sualları cavablandırılıb.

Ümumi görüşdən sonra məktəbin müəllimləri və rəhbər heyəti ilə fərdi şəkildə də görüşlər təşkil edilib.

Qeyd edək ki, adıçəkilən məktəbdə aparılan dərsdinləmə və fərdi görüşlərdə müəyyən edilən təlim ehtiyaclarına uyğun olaraq mütəmadi metodik görüşlər keçirilir.