24 fevral 2023-cü il tarixində ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin daha bir seminarı baş tutub.
Seminarda İnstitutun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadov “Pedaqoji tədqiqatların təşkili və qiymətləndirilməsi texnologiyası” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə elmi tədqiqat, onun məqsədləri, xarakterik xüsusiyyətləri, mərhələləri, növləri barədə zəruri məlumatlar vermiş, elmi tədqiqatın nəzəri və praktik əhəmiyyətindən bəhs etmişdir. Mövzu ilə bağlı doktorant və dissertantları maraqlandıran sualları cavablandırmışdır.
Seminarda ARTİ-də fəlsəfə doktoru proqramı üzrə təhsil alan birinci kurs doktorant və dissertantlar iştirak etmişdir.
Qeyd edək ki, Təhsil İnstitutu hər ay öz sahəsində peşəkar olan tədqiqatçı və mütəxəssislərin iştirakı ilə doktorant və dissertantlar üçün müxtəlif mövzularda seminarlar təşkil edir.