Beynəlxalq Jautikov Olimpiadası seçmə imtahanında uğurlu nəticə göstərmiş şagirdlər üçün qış kampı təşkil edilib

Tarix: 27.02.2023
Paylaş:

11 yanvar-18 fevral 2023-cü il tarixlərində Beynəlxalq Jautikov Olimpiadası seçmə imtahanında uğurlu nəticə göstərmiş 16 nəfər şagird üçün qış kampı təşkil edilib.

Dərslər riyaziyyat fənni üzrə müxtəlif beynəlxalq olimpiadalarda qalib olmuş, Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi Abbas Məmmədov tərəfindən keçirilib. Kampda beynəlxalq riyaziyyat olimpiadasının proqramına uyğun imtahanlar keçirilib və suallar müzakirə edilib.