“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Tarix: 01.03.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.

Budəfəki seminarlar 27-28 fevral tarixlərində 61 və 204 nömrəli tam orta məktəblərdə təşkil edilib. Hər iki seminar Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub. İcmallar Aidə Məmmədova və Nərminə Zeynalovanın təqdimatında, müvafiq olaraq IV sinif dərsliyində olan “Unudulmuş dost” və IX sinif dərsliyində olan “Yaradıcılığı gülüş və musiqi ilə yoğrulmuş xanım. Tabeli mürəkkəb cümlələri bağlayan vasitələr” mövzuları üzrə olub.

Seminarlar zamanı dərsin planlaşdırılması, vaxt bölgüsü, standartlar əsasında təlim məqsədinin müəyyənləşdirilməsi, fənlərarası inteqrasiya, dərsdə qiymətləndirmə meyarlarının şagirdlərə əvvəlcədən elan olunması və qiymətləndirmənin ona uyğun aparılması, fəal təlim metodlarının tətbiqi, tapşırıqların seçilməsi, yaradıcı tətbiqetmə, mətn üzrə iş məsələləri müzakirə edilib.

Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.