RFO-nun respublika mərhələsinin yarımfinal turunun nəticələri elan edildi

Tarix: 03.03.2023
Paylaş:

25 fevral 2023-cü il tarixində keçirilən Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.

Respublika mərhələsinin yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!