“Mətn üzrə işin təşkili” mövzusunda vebinar keçiriləcək

Tarix: 07.03.2023
Paylaş:

ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.

Növbəti vebinar 10 mart tarixində saat 16:00-da ibtidai sinif Azərbaycan bölməsi üzrə “Mətn üzrə işin təşkili” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.