Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə görüş keçirilib

Tarix: 09.03.2023
Paylaş:

Təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən müəllimlər üçün təşkil edilən maarifləndirici görüşlər davam edir.

Növbəti görüş 7 mart tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə keçirilib.

Görüşdə ARTİ İRM-in direktoru Nurlan İsmayılbəyli, MDPİM-in direktoru Nəzakət Mehdiyeva, fənn və metodika üzrə mütəxəssislər iştirak ediblər.

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması imtahanının qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib. 2 saata yaxın davam edən görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 300-dən artıq Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib.