Şirvan-Salyan RTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə görüş keçirilib

Tarix: 10.03.2023
Paylaş:

Təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar olaraq Təhsil İnstitutunun müəllimlərlə keçirdiyi maarifləndirici görüşlər davam edir.

Növbəti görüş 9 mart tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə keçirilib. Görüş Salyan şəhəri 2 nömrəli tam orta məktəbdə baş tutub.

Hər iki ixtisas üzrə 500-ə yaxın müəllimin iştirak etdiyi görüşdə ARTİ MDPİM-in direktoru Nəzakət Mehdiyeva, Şirvan-Salyan RTİ-nin müdiri Sənan Mənsimli, ARTİ İRM-in əməkdaşı Fəridə Həsənli, fənn və metodika üzrə mütəxəssislər iştirak ediblər.

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması imtahanının qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib.