Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar start verilən “Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyası ARTİ tərəfindən MİP çərçivəsində metodik dəstək göstərilən məktəblərdə də davam etdirilir.
Belə ki, həftəsonu ARTİ MDPİM-in əməkdaşları, 35, 38, 154 və 227 nömrəli tam orta məktəblərin pedaqoji heyəti və şagirdlərinin iştirakı ilə ağacəkmə mərasimi keçirilib. Kampaniya çərçivəsində qeyd edilən ümumi təhsil müəssisələrinin həyətində 100 ağac əkilib.
Qeyd edək ki, sözügedən kampaniya çərçivəsində ölkə üzrə ümumilikdə 100 min ağacın əkilməsi nəzərdə tutulur.